Evindən oğurluq edilən baş hakimin övladı üçün ianə toplandı

23 Yanvar 2019 16:36 Qalmaqal 422
Evindən oğurluq edilən baş hakimin övladı üçün ianə toplandı

Baş hakim İnqilab Məmmədov ötən ilin sonlarında soyğunçuların qurbanı olmuşdu.

Referinin xəstəlikdən əziyyət çəkən 2 yaşlı qız övladı üçün topladığı pulları evindən qarətçilər aparmışdılar.

Dələduzlar evə mətbəxdən soxularaq, 9500 dollar və 6500 manatı oğurlayıblar. Hadisədən artıq bir aydan çox vaxt keçib.

Məsələnin nə yerdə olduğunu öyrənmək üçün ədalət sahibi ilə əlaqə saxladıq. Sportal.az-a açıqlama verən Məmmədov quldurların tapılmadığını açıqlayıb:

"Polislər hazırda araşdırmanı davam etdirir. Ailə problemlərimə görə Azərbaycandan Türkiyəyə gəlmişəm.

Polislər hələ də xuliqanları tapmayıb. İstəyirəm ki, evimi talayan adamlar üzə çıxsın. Bakıya qayıtdıqdan sonra evimin yağmalanması barədə polislə yenidən danışacam.

Məsələnin nə yerdə olduğunu öyrənməyə çalışacam. Quldurların üzə çıxmasını, izlərinin tapılmasını istəyirəm".

Məmmədovun qızı Nərgiz əzələ əriməsindən əziyyət çəkir. Mülaicəsi xaricdə olan xəstəlik üçün yardımsevər insanlar da referiyə kömək olmuşdu.

Naməlum şəxslər evi talayan zaman qızıl-zinət əşyalarını aparmayıblar. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Redaksiyamızda olan məlumata görə, qızını Türkiyəyə müayinəyə apara bilib. Səfərin baş tutmasında futbol ictimaiyyətinin önəmli insanlarından bir qrupu iştirak edib.

Bura klub prezidentləri və rəsmiləri, eyni zamanda, məşqçi və futbolçular daxildi. Onlar öz aralarında pul toplayaraq, ianə kimi Məmmədovlar ailəsinə çatdırıblar.

Yenə kim bu savab işə qatqı göstəribsə, Allah əvəzini versin.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti