Avropa çempionu ilə federasiya prezidenti əlbəyaxa oldu - VİDEO

23 Yanvar 2019 14:24 Qalmaqal 454
Avropa çempionu ilə federasiya prezidenti əlbəyaxa oldu - VİDEO

Gürcüstanda yunan-roma güləşi üzrə milli çempionatda federasiya prezidenti Tamaz Qeqeşidze ilə iki qat Avropa çempionu Zurab Datunaşvili arasında əlbəyaxa dava qeydə alınıb.

Hakimin qərarına etirazdan sonra yaranan qalmaqal ötən həftə qeydə alınsa da, hazırda iş üzrə materiallar məhkəməyə göndərilib.

Sportinfo.az xəbər verir ki, federasiya prezidentinin idmançı ilə əlbəyaxa davası zamanı dəmir parça ilə ona zərbə endirməsi üzə çıxıb.

Tərəflər arasında mübahisəyə səbəb isə 87 kq üzrə final qarşılaşmasında hakimin Robert Kobliaşvilinin leyhinə 1 xal verməsi olub.

Bundan sonra Avropa çempionu hakimin qərarına etiraz edib və zalda qarşıdurma yaranıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti