VİDEO: Qız millimizdən oğurluq üstündə qovulan futbolçunu qaçırıb?

22 Yanvar 2019 18:12 Qalmaqal 862
VİDEO: Qız millimizdən oğurluq üstündə qovulan futbolçunu qaçırıb?

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Əli Mirəliyevin futbolçu oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva olub.

Ötən verilişdə müğənninin gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb.

Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyeva Mirəliyevlər ailəsi haqda sərt fikirlər səsləndirib:“Siz qıza işgəncə edirdiz.

Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız.

Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironqluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Taleh ancaq onu döyürdü. Bilmirdi ki, qaçırdığı qız nişanlıdı?”.

Bu sözlərin ardından Ə.Mirəliyev oğlunu müdafiəyə qalxıb: “Döyürdü, əccəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb” .

Ardınca müğənninin qızı Samirə qarşı tərəfin qardaşını qaçırdığını deyib: “Qız qardaşımı qaçırıb. Bilmirsiz danışırsız.

Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaş böyük olub. Bunların arasında münasibət var imiş, amma qızı sonra nişanladılar.

Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik.

Qızın da anası, atası istəmirdi. Yəni ailələr bir-birini istəmirdi.

Bu qız artıq zəng edib, qardaşıma deyib ki, mən evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq, götürüb gedib və bunun cəzasını da çəkib”.

Taleh isə özünü belə müdafiə edib: “Mən onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm.

Sonra qayıdıb və yenidən qaçıb Türkiyəyə. Gedib Türkiyədən tapmışam onu. Yaxşı qadın Türkiyəyə qaçar? 2 min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”.

Əli Mirəliyevin oğlu keçmiş futbolçudu. Vaxtilə «Şəfa»nın formasını geyinib. Yeniyetmlərdən və gənclərdən ibarət yığmaya dəvət alıb, bir çox beynəlxalq turnirlərdə iştirak edib.

Belə səfərlərdən birindən sonra millidən uzaqlaşdırılıb, daha sonra ümumiyyətlə futbolun daşını atıb.

Çünki Talehin xaricdə olarkən bir neçə yoldaşıyla bərabər mağazadan oğurluq etməsi barədə ovaxtkı AFFA rəhbərliyinə məlumat çatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti