“Zenit”in həbsxanada olan futbolçusu Aleksandr Kokorin yenə də gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, Kokorin bu dəfə yazdığı məktubla müzakirələrə rəvac verib.
“Zenit”in azarkeşlərindən biri Kokorinə məktub yazıb. Futbolçu ona yazdığı cavabda isə rus xalqını təhqir edib:
“Hər şey qaydasındadı. Tezliklə qayıdacam. “Xalqın fikri” məsələsində heç kimə qulaq asma!
Xalq qoyun sürüsüdü. Kim nə deyirsə, ona da qulaq asır. Hətta ayıbdı”.
Kokorinlə “Krasnodar”ın futbolçusu Pavel Mamayev xuliqanlıq etdikləri üçün həbs ediliblər.

