"Bandotdel" federasiyanın vitse-prezidentini həbs etdi

20 Yanvar 2019 09:12 Qalmaqal 595
"Bandotdel" federasiyanın vitse-prezidentini həbs etdi

Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Aydın Əhmədov həbs edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, federasiya rəsmisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2 gün öncə saxlanılıb.

İddia olunur ki, onun həbs edilməsinə səbəb vətəndaşlardan dələduzluq yolu ilə 10 milyon manat mənimsəməsidi.

Məlumata görə, Aydın Əhmədov Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Sportinfo.az xəbər verir ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev Aydın Əhmədovu ötən ilin aprel ayında quruma vitse-prezident təyin edib.

Bundan əlavə A.Əhmədov AKF-nin tərkibində yer alan "Euro Fight” klubunun direktoru olmaqla yanaşı, "Premium Travel” şirkətinin rəhbəridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti