Bakı Ağır Cinayətlər Məhkəməsində mənzil dələduzluğunda təqsirləndirilən "Bakı MTK"ın vəzifəli şəxsləri Ruhin Əsgərov və Emil Məhərrəmova hökm oxunub.
Sportinfo.az xəbər verir ki, hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E.Məhərrəmov 14 il, R.Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, onlar eyni mənzili ayrı-ayrı şəxslərə satmaqla 52 nəfərə 3 milyon manat pul “atıblar”.
Aldananlardan biri də “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail”də çıxış edən Rahid Əmirquliyevdi. Onun aldığı 2 mənzil də başqa şəxslərə satılıb.

