Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Sim Sok Hi məşqçisi Ço Çje Bomu davamlı şəkildə zorlamada ittiham edib.
Sportinfo.az xəbər verir ki, Cənubi Koreyadan olan 21 yaşlı idmançı 4 ildi məşqçisi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Olimpiya çempionunun vəkili baş verənlərin dəhşətli cinayət olduğunu söyləyib.
Sim Sok Hi 2014-cü il Soçi və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.

