AFFA rəhbərliyi sosial şəbəkələrdə təşkilatla bağlı yazılanları nəzarətdə saxlayır.
Sportinfo.az xəbər verir ki, bu işi görmək üçün AFFA-nın xüsusi güdükçüləri var.
Bu güdükçülərin hər biri müəyyən qrupların yazdıqlarını izləyir. Məsələn, sabiq hakimlərin, hakim-inspektorların yazdıqlarına Elçin Məmmədov nəzarət edir.
Bu barədə məlumatı “Futbol+” qəzetinə verdiyi müsahibədə keçmiş FİFA referisi Əfqan Həmzəyev bildirib:
“Frits Stuxlik bura gələndə AFFA-da görüş olmuşdu və hamını, veteran hakimləri, hətta bir neçə məşqçini də ora çağırmışdılar.
Yalnız Əfqan unudulmuşdu. Ancaq “facebook”da bir nəfərin statusuna şərh yazan kimi zəng edirlər”.
Jurnalistin “kim zəng edir” sualına Əfqan Həmzəyev belə cavab verib:
“Elçin Məmmədov. Dedim, sənin komitədəki işinin adı nədir: sosial şəbəkələrdəki statuslara nəzarət etmək, yoxsa kimisə təhdid etmək, hədələmək?”.

