Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “hökuməti” adlanan qanunsuz qurum 3-15 iyun 2019-cu ildə keçiriləcəyi planlaşdırılmış “CONİFA” (Qondarma “dövlətlər” konfederasiyası) Avropa futbol çempionatına hazırlıq işləri ilə bağlı komissiyanın geniştərkibli iclasını keçirib.
Sportinfo.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Qondarma rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan ad-soyadlı məxluqun rəhbərliyi ilə keçirilən müşavirədə Xankəndi, Ağdərə, Xocavənd və Əsgərandakı stadionların yarışlaradək standartlara uyğun hazırlanması, çempionata beynəlxalq təşkilat, xarici ölkə nümayəndələri və jurnalistlərin cəlb edilməsi məsələləri və s. müzakirə edilib.
Məlum olub ki, Azərbaycanın işğal altındakı torpaqlarında keçirilməsi nəzərdə tutulan saxta futbol çempinatında iştirak üçün artıq 20-dək komanda müraciət edib.
Lakin onlar arasından 12-i gələn ilin əvvəlində Polşada keçiriləcək püşkatma mərasimində müəyyən ediləcək...

