Qanunsuz dopinq satan idman mərkəzlərinə qarşı 2019-cu ildən ciddi tədbirlər görüləcək.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli deyib.
Ş.Hüseynli bildirib ki, bu qanunsuz əməllər artıq televiziyalara yol tapıb, sosial şəbəkələrdə təbliğ olunur:
“Nəzərə almaq lazımdı ki, bu qanunsuz əməllər gənclərimizin sağlamlığı üçün ciddi fəsadlar törədə bilər.
Bu baxımdan gələn ildən biz bu cür qanunsuzluqlara yol verən idman zallarına qarşı hüquq-mühafizə orqanları ilə birgə ciddi tədbirlər görəcəyik”.

