Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) yerli idman federasiyalarına qarşı sanksiya tətbiq edə bilər.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Qurum rəhbəri bildirib ki, buna səbəb bəzi federasiyaların idmançıların siyahısını AMADA-ya vaxtında təqdim etməmələridi:
"İdmançıların siyahıları, eləcə də təlim-məqş toplanışların vaxtı və yeri öncədən bildirilməlidi.
Təəssüf ki, bəzi federasiyalar test zamanı idmançıları gizlədirlər, qaçırırlar. Testlərin qeydiyyatdan keçməyən laborotoriyalarda verilməsi də qəbulolunmazdı".
Ş.Hüseynli bildirib ki, AMADA 2019-cu ildə hüquq-mühafizə oraqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır.
Onun sözlərinə görə, peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarda məşqçilər tərəfindən yeniyetmələrə müxtəlif harmonal tərkibli maddələrin verilməsi qanuna ziddi.
Qurumun direktoru bildirib ki, bu cür halların qarşısını almaq üçün tədbirlər görüləcək.

