UFC çempionu Həbib Nurməhəmmədov xoşagəlməz olayla üzləşib.
Sportinfo.az xəbər verir ki, Nurməhəmmədov sərhədçilər tərəfindən saxlanılıb.
Hadisə Moskva aeroportunda baş verib. Həbib Türkiyəyə uçmaq istəyirmiş. O və yanında olan dostu sərhədçilərdə şübhə yaradıb. Onları İŞİD üzvü hesab ediblər.
Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovun məşhurluğuna əhəmiyyət verməyərək, onu hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər.
Dindirmə üçün gələn əməliyyatçılar az sonra qəzəbli idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə kömək göstəriblər.
“O, Mişa və daha bir əməkdaşla şəkil çəkdirdikdən sonra qalanlarının istəyini rədd edərək, uçdu”, - Rusiya Sərhəd Xidmətinin əməkdaşı söyləyib.
Nurməhəmmədov “Diriliş Ertuğrul” serialının çəkiliş prosesini izləmək üçün Türkiyədə olub.

