Rusiyanın üzgüçülük üzrə vitse-çempionu Sofiya (soyadı açıqlanmır) öldürülüb.
Sportinfo.az xəbər verir ki, hadisə Tolyatti şəhərində baş verib.
16 yaşlı idmançıya 17 bıçaq zərbəsi vurulub. Polisin verdiyi məlumata görə, üzgüçünün bütün qiymətli əşyaları və telefonu da aparılıb.
İlkin məlumatda bildirilir ki, hadisəni törədən şəxs Sofiyanın tanışı olub. Onların mübahisə etdiyi, bundan sonra isə qatilin onu bıçaqladığı deyilir. Hadisəni törədən şəxs həbs edilib.

