«Neftçi»yə məxsus avtobusun qəza keçirməsi haqda dünən oxucularımızı məlumatlandırmışıq.
Hadisə «Gənclik» metrosunun yaxınlığında, günorta saatlarında baş verib.
Paytaxt təmsilçisinin 15 yaşlılardan ibarət komandasını daşıyan nəqliyyat vasitəsi ticarət mərkəzinin qarşısında «Volkswagen» markalı avtomobilə dəyib.
Olaya arxadan gələn 33 nömrəli marşrut üzrə işləyən avtobusun yol hərəkət qaydalarını pozması səbəb olub. Artıq qəzanın video görüntülərini də əldə etmişik (Sportinfo.az).

