Millimizin baş məşqçisi “Audi-Q3”lə supermarketə girdi - FOTOLAR

19 Dekabr 2018 15:00 Qalmaqal 935
Millimizin baş məşqçisi “Audi-Q3”lə supermarketə girdi - FOTOLAR

Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.

Sportinfo.az xəbər verir ki, "Koroğlu”da yerləşən "Bravo” hipermarketinə girən "Audi-Q3”ün sürücüsü xanım olub.

Həmin sürücü bədii gimnastika yığmanın baş məşqçisi Mariana Vasilyevadı. Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva bildirib ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb.

"Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdı. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, - deyə Bikə Abdullayeva bildirib.

Ötən gün "Audi-Q3” markalı avtomobil "Koroğlu”da yerləşən "Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti