Yığmanın üzvləri dopinqdən istifadədə və fırıldaqçılıqda şübhəli bilinir

16 Dekabr 2018 00:10 Qalmaqal 309
Yığmanın üzvləri dopinqdən istifadədə və fırıldaqçılıqda şübhəli bilinir

Avstriyanın Xoxfiltsen şəhərində biatlon üzrə Dünya Kubokunda iştirak edən Rusiya yığmasının üzvləri dopinqdən istifadədə və fırıldaqçılıqda şübhəli bilinirlər.

Sportinfo.az xəbər verir ki, Avstriya polisi bununla əlaqədar komandanın düşərgəsində axtarış aparıb.

Hüquq-mühafizə orqanları məşqçi Aleksandr Kasperoviç, biatlonçular – Yevgeni Qaraniçev, Aleksandr Loqinov, Anton Şipulin, Aleksey Volkov və İrina Starıxa, eləcə də millinin məşqçi və masajçıları – Artyom Krıntsilov, Aleksandr Selyavkin, Yevgeni Şutov və Dimitri Topıçkanova qarşı 2017-ci ildə Xoxfiltsendə keçirilən dünya çempionatı zamanı dopinq qaydaların pozulması ittiham irəli sürüblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti