Azərbaycanda banka pul qoydu, bank bağlandı, təcili Bakıya gəlir – TANINMIŞ LEGİONER

30 İyun 2022 20:00 Problem 1 853
Azərbaycanda banka pul qoydu, bank bağlandı, təcili Bakıya gəlir – TANINMIŞ LEGİONER

Vaxtilə Azərbaycanda legioner həyatı yaşamış Adrian Pits bu yay Bakıya səfər etməyi planlaşdırır.

Hələ də futbolçu karyerasını davam etdirən 38 yaşlı rumıniyalını buna məcbur edən həm ölkəmizdə başına gələn işdir, həm də Lənkəranı ziyarət etmək istəyi.

Pits “Xəzər Lənkəran”da top qovduğu dönəmdə Azərbaycandakı bankların birinə pul yatırımı edib. Lakin sonradan həmin bankda ciddi problemlər yaşanıb ki, vəsaitlər dondurulub.

Pits ölkəmizi tərk etsə də, lazımi instansiyalara müraciət edib, baş verənləri yaxından izləyib.

Məlum olub ki, fəaliyyəti dayandırılmış bankların müştərilərini Sığorta Bürosu sevindirəcək. Yəni heç kimin pulu batmayacaq, vəsaitlər müştərilərə qaytarılacaq.

Odur ki, Pitsə sənədləri toplayıb Bakıya gəlmək məsləhət görülüb. Uyğun tarix seçmək isə futbolçunun özündən asılıdır.

Adrian Azərbaycana səfər etdiyi dönəmdə Lənkərana səfər etməyi planlaşdırır. Məqsədi həm azarkeşlərlə görüşmək, həm də vaxtilə top qovduğu stadionun durumu ilə yaxından tanış olmaqdır.

Səfər iyul, ya da avqustda baş tutacaq.

Adrian Pits Lənkəran təmsilçisinin şərəfini qoruduğu 2011-2014-cü illər aralığında Azərbaycan kubokunu və superkubokunu qazanıb, 2 dəfə Premyer Liqanın gümüş medalına sahib olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"