“Şəfa”nın formasında Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri ilə bağlı Sportinfo.az-da yayımlanan xəbərin ardından klub tərəfindən müvafiq düzəliş edilib (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/257726.html).
Belə ki, əvvəlki formada Dövlət Bayrağının rənglərinin şaquli yerləşdirilməsində texniki yanlışlıq mövcud idi.
Hazırda həmin uyğunsuzluq aradan qaldırılıb və Azərbaycan Bayrağının təsviri düzgün formada təqdim olunur.
Məsələyə operativ şəkildə reaksiya verərək düzəliş etdiyinə görə klub rəhbərliyinin bu addımını müsbət qiymətləndirmək olar.
Öyrəndiyimizə görə, məlum informasiya saytımızda tirajlanandan sonra Kənan Sadıqlı araşdırma aparıb. Hadisənin mahiyyətini öyrənincə, problemin aradan qaldırılmasına dair tapşırıq verib.
Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzlərindən biridir və onun təsvirinin düzgün təqdimatı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
