“Hapoel" (Beer-Şeva) ilə “Sabah” arasında sabah keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu İsrail mediasının diqqət mərkəzindədir.
Sportinfo.az xəbər verir ki, sports.walla.co.il saytında dərc olunan yazıda bildirildiyinə görə, “Hapoel"in baş məşqçi Ran Kojak ilk matçda “Srvena Zvezda”nı sensasion şəkildə məğlub edən eyni 11 futbolçunu meydana buraxacaq.
Yazıda qeyd edilir ki, “Hapoel" bu həftənin bazar ertəsindən Rumıniyadadır. Oyun çərşənbə günü Buxarestdəki “Rapid” stadionunda keçiriləcək
(UEFA münaqişə səbəbindən İsrail klublarının ev oyunlarını doğma meydanda keçirməsinə qeyri-müəyyən müddətə qadağa qoyub ).
Futbolçular bildirirlər ki, uzun müddətdir belə həyəcan yaşamayıblar. Sayta danışan komandanın üzvlərindən biri bildirib:
“Bu, hətta ötən həftə Serbiyada, Belqradın "Srvena Zvezda"sına qarşı yaşadıqlarımızı da kölgədə qoyur. İlk oyuna 48 saatdan çox vaxt qalıb, amma heç kim matç və vəziyyət barədə düşünməkdən uzaqlaşmır”.
“Hapoel Beer-Şeva”nın heyətinin ötən həftə Belqradda meydana çıxan futbolçulardan ibarət olması gözlənilir.
Şənbə günü “Hapoel Hayfa” ilə Toto Kuboku matçında start heyətində şans qazanan futbolçulardan heç biri Ran Koçuku start “11-liyi” dəyişməyə vadar etməyib.
Əksinə, baş məşqçi oyunun sonunda “Hapoel Beer-Şeva”nın nümayiş etdirdiyi futboldan çox qəzəbli olub.
Yazılanlar təsdiqlənsə, Ofir Marsiano qapıda yerini qoruyacaq. Müdafiədə Qay Mizrahi və Pedro Amador, mərkəz müdafiəsində Migel Vitor və İtay Rotman, yarımmüdafiədə Lukas Ventura, Eliyel Perets və Niv Yehoşua, hücumda isə sağda Ceyvon İst, solda Zahi Əhməd və forvard mövqeyində İqor Zlatanoviç oynayacaq.
O da qeyd edilir ki, Rumıniyanın paytaxtında küçələrdə artıq böyük həyəcan yaşanır. İsrail çempionunun azarkeşləri vacib matç üçün şəhərə gəlməyə başlayıblar.
“Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.
