Onun üstündə mübahisə və ya bir zənglə baş məşqçi olanın çəkingənliyi

23 Avqust 23:45 Problem 181
Onun üstündə mübahisə və ya bir zənglə baş məşqçi olanın çəkingənliyi

Ayxan Abbasovu Yusif İmanovu milliyə çağırmamasına görə bəzən qınayıram.

Bəzən də yox.

«Zirə» ilə oyundan sonra bu fikri başımdan atdım. Bir hada bu konteksdə mübahisələrə girişməyəcəm.

Artıq əminəm, Yusif proqnozlaşdırılması çətin qapıçıdır. Ondan hər həftə nəsə gözləmək olar - həm müsbət, həm də mənfi mənada.

Dünənki oyunda bir neçə dəfə «İmişli»ni real qoldan qurtardı. Ancaq Eren Aydının hesabı açdığı epizoda görə İmanovu qınamasam, ürəyim partlayar.

Türkiyəli hücumçu bir də dünyaya gəlsə, o yerdən qapıya qol vura bilməz.

Topu ayağının üstünə əyləşdirməsiylə qapının uzaq küncünü nişan alması saniyə çəkdi. Yusif yaxın küncdə dayanmaqla «Zirə»li qolçunun fərqlənməsinə «yaşıl işıq» yandırdı.

«İmişli» yalnız ona görə uduzmadı. Eyni zamanda, Fərid Namazova görə uduzdu. Taktiki cəhətdən səhvlərə yol verdi, çox geridən oynatdı komandasını.

Fasiləyədək epizodu olmadı «İmişli»nin. Hər rəqibə görə fərqli seçim - Namazov bu yolla gedənə oxşayır. Jorj Kaşkilyanın tam əksinə olaraq.

Bunun ona uğur gətirib-gətirməyəcəyini isə bir müddət sonra dəqiq biləcəyik. Açığı, Namazovun perspektivi bəndənizə çox dumanlı görünür.

YAŞAT-dan gələn «dost zəngi»nin zəhmi ağır bassa da.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!