Bu ilin fevral ayında “Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncə şəhərində tanımadığı şəxs tərəfindən bıçaqlanmışdı.
Gecə saatlarında baş verən dəhşərli hadisə zamanı Veysəl və futbolçu dostu Nihat Fərəci yad adamla mübahisə etmiş, nəticədə Rzayev bıçaq xəsarətləri almışdı.
Veysəl müqavilə ilə ötən mövsümün sonuna qədər “Kəpəz”ə məxsus olsa da, bir daha meydana çıxmamışdı.
Hadisənin iştirakçılarından biri – Nihat Fərəci karyerasını “Gəncəbasar”da davam etdirəcək. Yəni özünə yeni iş yeri tapmağı bacarıb.
Veysələ gəlincə, o, hələ də klubsuzdur.
Xüsusən baş verən qanlı olaydan sonra klublar 23 yaşlı Rzayevin xidmətində maraqlı deyil. Yəqin ki, özü də karyerasını davam etdirmək barədə düşünmür.
Səbəbkarla gün ərzində bir neçə dəfə əlaqə saxlasaq da, U-21 millimizin sabiq üzvü zənglərimizi cavabsız qoydu.
HƏBİB / SPORTİNFO.AZ
