«İmişli» geyim sarıdan ciddi problemlə üzləşib.
Premyer Liqada ikinci mövsümünü keçirən klub xarici tərəfdaşı tərəfindən aldadılıb.
Belə ki, həmin şirkət götürdüyü öhdəliyi vaxtında yerinə yetirməyib, nəticədə komanda üçüncü turda «Şəfa» ilə oyuna çıxmamaq təhlükəsi ilə üzləşib.
Çünki «əjdahalar»ın ev oyunlarında geyindiyi forma dəstləri Azərbaycana yetişməyib.
Belədə «YaaRa Tekstil» bölgə aran təmsilçisinin dadına yetişib. İki ildir fəaliyyət göstərən, ötən müddət ərzində müştərilərinə yüksək səviyyədə xidmət edən yerli brend «İmişli»nin problemini 1 gün içində həll edib.
Şirkət 24 saat ərzində məşqçi və futbolçu heyətinin geyimlərini hazırlayıb.
«YaaRa»nın ayağı «İmişli»yə düşüb. Fərid Namazovun çalışdırdığı komanda Seyxan Fərəcovun yeganə qoluyla «Şəfa»nı udub və yeni mövsümün ilk qələbəsini rəsmiləşdirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
