“Sabah” birtəhər yola verəcək, əziyyəti “Qarabağ” çəkəcək - FOTOLAR

21:20 Problem 194
“Sabah” birtəhər yola verəcək, əziyyəti “Qarabağ” çəkəcək - FOTOLAR

“Sabah”la “Qarabağ” avrokuboklardakı rəqiblərini eyni stadionda qəbul edəcək.

“Qarabağ” onsuz da ev matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. “Bank Respublika Arema” Çempionlar Liqasının pley-off standartlarına cavab vermədiyindən, “Hapoel Beer Şeva” ilə görüş də burada baş tutacaq.

İki oyun və rəqiblərin iki məşqi. Bu, bazar ertəsindən cümə axşamına qədər olan müddətdə, başqa cür desək, 24-27 avqust aralığında qazonun hər gün yüklənəcəyi deməkdir.

Respublika stadionu bu yükü götürməyə hazırdırmı?

Avqustun 17-də Premyer Liqanın ilk turu çərçivəsində “Qarabağ”la “Şamaxı” arasında məhz bu arenada keçirilən oyun ot örtüyünün yüklənməyə hazır olmadığını göstərdi.

Meydanın bəzi hissələrində saralmalar aşkar şəkildə özünü göstərirdisə, qapılar qarşısında və müxtəlif yerlərdə qazonun qopması vəziyyətin ürəkaçan olmamasından xəbər verirdi.

Deyək ki, “Hapoel”in oyunöncə məşqi və “Sabah” – “Hapoel” qarşılaşması zamanı örtüyün durumu nisbətən yaxşı olacaq.

Lakin “Tvente”nin də orada məşq etməsindən sonra Respublika stadionunun “Qarabağ” – “Tvente” qarşılaşmasını qəbul etməyə nə dərəcədə hazır olacağı ciddi sual doğurur.

Çox güman, texnikalı futbolun aşiqi olan “Qarabağ” Niderland təmsilçisi ilə görüşdə məhz qazon amilindən əziyyət çəkəcək. Bu, indidən görünür və hiss olunur.

Acı reallıq odur ki, bu gün Azərbaycanda Çempionlar Liqasının pley-off matçını qəbul etmək üçün standartlara cavab verən başqa arena yoxdur.

“Qarabağ” – “Şamaxı” oyununda “Sportinfo”nun obyektivinə tuş gələn fotoları təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti