"İmişli" klubunda qəribə ayrılıq yaşanıb.
Bölgə klubu cəmi bir ay əvvəl müqavilə imzaladığı Domingos Sengui Hermenegildo (Picas) ilə yolları ayırıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İşin qəribə tərəfi odur ki, Picas 1 oyun belə keçirmədən klubdan ayrılıb.
Görəsən, niyə?
Hamının ilk ağlına gələcək suala qısa araşdırma sonrası cavab tapmış olduq.
Belə ki, 25 yaşlı yarımmüdafiəçi tibbi yoxlanışdan keçirilmədən müqavilə imzalanıb.
Amma bir müddət sonra məlum olub ki, Anqoladan olan futbolçuda Hepatit virusu var.
Belədə Portuqaliya üçüncü liqa təmsilçisi "Fafe"dən gələn afrikalı ilə müqaviləyə xitam verilib.
Picasla ötən ayın sonu 2+1 illik anlaşma əldə olunmuşdu.
XANOĞLAN/ SPORTİNFO.AZ
