“Burada işləmək ondan daha çətindir, səbir lazımdır”

28 Avqust 23:40 Problem 126
“Burada işləmək ondan daha çətindir, səbir lazımdır”

“Hər ikisinin öz çətinliyi var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Diniyev akademiyasının məşqçisi Aydın Qasımov deyib.

Gənc mütəxəssis “böyük futbolda işləmək çətindir, yoxsa uşaq futbolunda” sualına cavabında aşağıdakıları söyləyib:

“Məncə, uşaq futbolunda işləmək daha çətindir. Çünki burada səbir lazımdır.

Uşağa texniki elementləri bir dəfə göstərməklə hər şey həll olunmur. Səbirli olmalısan.

Bir ay, iki ay, beş ay, hətta on ay işləməlisən. Nəticə üçün vaxt lazımdır. B

öyük futbolda da çətinliklər var, amma uşaq futbolunda səbir ən vacib məsələlərdən biridir. Onsuz da, böyük futbolumuz uşaq futbolundan başlayır.

Ona görə də uşaq futbolunda düzgün işləməliyik ki, gələcəkdə böyük futbola yaxşı futbolçular yüksələ bilsin”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!