Premyer Liqanın digər klublarının maraq dairəsindədir - “Arsenal”ın hücumçusu

01:40 Problem 109
Premyer Liqanın digər klublarının maraq dairəsindədir - “Arsenal”ın hücumçusu

“Arsenal”ın hücumçusu Qabriel Jezus İngiltərə Premyer Liqasının digər klublarının maraq dairəsindədir.

Sportinfo.az “Sky Sports News”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə bağlı “Everton” və “İpsviç” klubları artıq “Arsenal”a müraciət edib.

Jezus “Arsenal”dan ayrılacağı təqdirdə, karyerasını İngiltərə çempionatında davam etdirmək istəyir.

Braziliyalı hücumçuya “Napoli” də maraq göstərir. “Transfermarkt” portalı onun dəyərini 17 milyon avro qiymətləndirir.

Jezusun “Arsenal”la müqaviləsinin müddəti müddəti 2027-ci ilin ortalarında başa çatacaq.

“Arsenal” bu gün Premyer Liqanın 2026/27 mövsümünün ilk turunda “Koventri” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!