"Neftçi"dən II liqa klubuna keçdi – Qazancı da bilindi

23 Yanvar 2022 13:00 Neftçi 1 763
"Neftçi"dən II liqa klubuna keçdi – Qazancı da bilindi

"Neftçi" ilə yollarını ayıran Xorxe Korrenın yeni klubu bəlli olub.

29 yaşlı hücumameylli yarımmüdafiəçi Yunanıstana üz tutub.

Argentinalı tibbi müayinədən sonra "Olimpiakos Volos" ilə müqavilə imzalayacaq.

Vinger II liqa təmsilçisi ilə 3 aylıq anlaşmaya varıb. Cənubi amerikalı bu müddətdə.30 min dollar qazanacaq.

"Olimpiakos Volos" 2 gün öncə "Səbail"dən cinah müdafiəçisi Turan Manafovu cari mövsümün sonunadək icarəyə götürüb.

Xorxe Korrea ötən ilin sentyabrında "Neftçi" ilə 2 il müddətinə anlaşmaya imza atan hücumameylli yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Neftçi” rəhbərliyinə müraciət ünvanlayan cənubi amerikalı ailə problemlərini əsas gətirib.

O, Azərbaycanda çıxışını davam etdirmək istəmədiyini, anlaşmanı qarşılıqlı razılaşma əsasında pozmağa hazırlaşdığını açıqlayıb.

Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimu” (2018 - 2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!