“Neftçi” yeni hücumçu transfer edib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Qnistan”dan (Finlandiya) nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.
Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq Avropa Liqasına vəsiqə əldə edib.
Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib və 13 qolla “Veikkaussliqa”nın bombardiridir.
28 yaşlı afrikalı tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, komandada 26 nömrəli formanı geyinəcək.
Akinyeminin “Neftçi”yə keçdikdən sonra verdiyi ilk açıqlamanın videosunu təqdim edirik:
