“Rəhbərlik səviyyəsində “Sabah”ın və ya başqa klubların Avropadakı uğuruna görə təbrik hər zaman olunur.
Baxın, biz rəhbərlər olaraq, onsuz da dostuq. Kiminləsə düşmən deyilik, hər kəslə yaxşı münasibətlərimiz var”.
Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.
C.Sümer “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsindən sonra “Neftçi”nin sosial şəbəkə hesabında təbrik paylaşımı etməməsi barədə tənqidlərə münasibət bildirib.
O, bunun səbəbini belə izah edib:
“Kommunikasiya planı daxilində bunu etdik. Nəticədə “Sabah” ilk dəfə Çempionlar Liqasında, ilk cəhdində - yəni çempion olduğu ilk mövsümün ardından bu mərhələyə adladığı üçün “Neftçi” olaraq təbrikimizi etdik”.
"Sabah" Çempionlar Liqasının liqa mərhələsində 10 sentyabrda səfərdə "Mançester Yunayted", 13 oktyabrda evdə "Slaviya", 20 oktyabrda evdə "Borussiya Dortmund", 4 noyabrda səfərdə "Vikinq", 25 noyabrda evdə "Barselona", 8 dekabrda səfərdə "Vilyarreal", 20 yanvarda evdə "Napoli" və 27 yanvarda isə səfərdə "Arsenal" ilə qarşılaşacaq.
