“Neftçi”dəkilər onu qəbul etmir - “Vernidub bunda nə görüb, anlamıram”

19:40 Neftçi 298
“Neftçi”dəkilər onu qəbul etmir - “Vernidub bunda nə görüb, anlamıram”

“Neftçi” azarkeşləri yeni transferdən narazıdır.

Söhbət yay fasiləsində komandaya cəlb olunan Lyubomir Tuptadan gedir.

Qısa müddətdə əsas heyət üzvünə çevrilən Tuptanın əlverişli qol imkanlarını boşa verməsi fanatları özündən çıxarıb.

Az qala hər oyundan sonra klubun sosial media səhifələrində yazdıqları şərhlərlə Tuptanı gözümçıxdıya salan tərəfdarları slovakiyalı cinah oyunçusunun performansından narazıdır.

Yeni transferlərin arasında yeganə şəxsdir ki, qol vurub, qol ötürmələri verməsinə baxmayaraq, bu qədər tənqid olunur, haqqında hər cür söz yazılır.

Şərhlərdən bir neçəsini təqdim edirik:

“Yenə əsas heyətdədir. Tupta sevgisi davam edir”.

“Tupta əvəzlənməlidir”.

“Tuptanı konkret soxuşdurublar bizə”.

“Tuptadan başqa hamı yaxşı oynayır. İkinci hissəyə onsuz çıxaq”.

“Belə oyun olmur, vallah. Bu komandada Tupta niyə var? Onu başa düşə bilmirəm”.

“Ştoqrindən çəkdiyimiz az idi, indi də Tupta gəldi”.

“Tuptanın futbolla əlaqəsi yoxdur. Vernidub bunda nə görüb, anlamıram”.

“Tupta deyil, taxtadır onun əsl adı”.

Slovakiya millisində 21 oyuna çıxan 28 yaşlı futbolçu cari mövsümdə ağ-qara formada keçirdiyi 6 oyunda (463 dəqiqə) 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti