“Neftçi”nin “1 nömrə”si: “Müəyyən vaxta qədər təzyiqimizə tab gətirirdilər”

7 Sentyabr 12:40 Neftçi 692
“Neftçi”nin “1 nömrə”si: “Müəyyən vaxta qədər təzyiqimizə tab gətirirdilər”

“Müəyyən vaxta qədər rəqib oyunumuza və təzyiqimizə tab gətirirdi.

Lakin 60-cı dəqiqədən sonra uşaqlar məşqçinin tapşırıqlarını daha yaxşı yerinə yetirə bildilər. Bu da qolları gətirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin qapıçısı Emil Balayev deyib.

Qolkiper Premyer Liqanım dördüncü turu çərçivəsində evdə “Şəfa”ya 4:1 hesablı qələbəni belə şərh edib:

*Premyer Liqanın debütantına qarşı oynayırdıq. Bilirdik ki, bizim üçün asan olmayacaq.

Çünki “Şəfa” qapanacaqdı. Zaur Həşimovun işini qeyd etmək lazımdır.

Yaxşı təşkil olunmuş komandadırlar. İlk hissə bizim üçün çətin keçdi.

Yalnız uzaq məsafədən qol vura bildik. Fasilədən dərhal sonra qapımızda qol gördük.

Hesab bərabərləşdikdən sonra üstünlüyü ələ aldıq. Lazımi qolları vurduq və yekunda qələbə qazandıq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO