"Roma"nın sabiq legionerinə "Neftçi"nin baş məşqçisindən SON XƏBƏRDARLIQ!

13:00 Neftçi 227
"Roma"nın sabiq legionerinə "Neftçi"nin baş məşqçisindən SON XƏBƏRDARLIQ!

"Neftçi"də üçüncü mövsümünü keçirən Mustafa Sekə Yuri Vernidub tərəfindən xəbərdarlıq olunub.

Baş məşqçi Premyer Liqanın yeni mövsümündə şans vermədiyi seneqallı müdafiəçidən kəskin narazıdır.

Ukraynalı çalışdırıcı afrikalı legionerlə görüşərək, ondan şikayətinin motivini açıqlayıb.

Bildirib ki, məşqlərdə göstərdiyi performans qətiyyətin xoşagələn deyil və bu, onu hədsiz dərəcədə məyus edir.

Təcrübəli mütəxəssis hazırlıq göstəricilərini 30 yaşlı əcnəbinin diqqətinə çatdırıb və deyib ki, o, özünü yığışdırmasa vəəvvəlki səviyyədə çıxış etməsə, qış fasiləsindən gec olmayaraq yolları ayrılacaq.

"Roma"nın sabiq üzvü 2024-cü ildən "ağ qaralar"ın formasını geyinir. Dayaq yarımmüdafiəçisi arxada qalan müddətdə meydana çıxdığı 65 görüşdə 2 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO