“Neftçi” böyük ümidlərlə transfer etdiyi hücumçunu bu cür tanıtdı - VİDEO

08:30 Neftçi 151
“Neftçi” böyük ümidlərlə transfer etdiyi hücumçunu bu cür tanıtdı - VİDEO

“Neftçi” yeni legioner transfer edib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Finlandiyada - “Qnistan”da çıxış edən nigeriyalı Adeleke Akinyemi ilə müqavilə imzalayıb.

28 yaşlı mərkəz hücumçusu iki il əvvəl “İlves”in heyətində Finlandiya çempionatının gümüş medalını qazanaraq Avropa Liqasına vəsiqə əldə edib.

Akinyemi bu mövsüm “Qnistan”ın heyətində Finlandiya çempionatında keçirilən 22 oyunun hamısında meydana çıxıb. O, 13 qolla turnirin bombardiri olub.

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan Akinyemi “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb. O, yeni komandasında 26 nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!