“Neftçi”nin akademiyasında yeni təyinat gerçəkləşib.
Saytımız bu barədə klubdan məlumat əldə edib.
Akademiyanın direktoru vəzifəsinə türkiyəli funksioner gətirilib.
Necmeddin bəy bundan sonra “Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarının fəaliyyətinə rəhbərlik edəcək.
O, bir qədər öncə kollektivə təqdim olunub.
"Ağ qaralar"da son 1 ildə bu post boş idi. Həmin vaxtadək Camal Bülbül direktor vəzifəsini yerinə yetirib.
SPORTİNFO.AZ
