"Neftçi" bu mövsüm sonadək titul uğrunda mübarizə aparacaq.
Yuri Vernidub artıq əmindir ki, o və komandası qarşısına qoyulan tapşırığı yerinə yetirə biləcək.
Klub rəsmiləri ilə son transfer çalışmalarını müzakirə edən baş məşqçi görülən işlərdən razılığını dilə gətirib.
Ukraynalı mütəxəssis düşəgəyə yeni gələn oyunçuların rəqabəti gücləndirdiyini, ab-havanı daha da yaxşılaşdırdığını qeyd edib, istər Premyer Liqada, istərsə də ölkə kubokunda uğurlu qrafik cızacaqlarını vurğulayıb.
Təcrübəli sükançı proqnozlaşdırır ki, komanda bir müddət sonra ortimal formasına yetişəcək və azarkeşləri uzun qələbə seriyasıyla sevindirəcək.
Paytaxt təmsilçisi iyundan bu tərəfə heyətinə xeyli «əl gəzdirib». Ötən müddət ərzində kollektivə 10 nəfər qoşulub.
Gələnlərin siyahısına aşağıdakılar daxildir: Rüfət Abbasov, Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara", İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya), Alen Şkribek (ZTE, Macarıstan), Draqolyub Saviç (TSC, Serbiya), Denzel Jubitana ("Atromitos", Yunanıstan), Viçko Şevel ("Dandi Yunayted", Şotlandiya), Adeleke Akinyemi ("Qnistan", Finlandiya)
Bakılılar dörd turu geridə qalan Premyer Liqada 9 xal toplayıb. Üç qələbə, 1 məğlubiyyət alan «ağ-qaralar» turnir cədvəlinin zirvəsində yer alıb.
SPORTİNFO.AZ
