“Neftçi”yə keçən hücumçu mütəşəkkil cinayətkar dəstə tərəfindən qaçırılıb? - ŞOK OLAY!

16:20 Neftçi 280
“Neftçi”yə keçən hücumçu mütəşəkkil cinayətkar dəstə tərəfindən qaçırılıb? - ŞOK OLAY!

Xəbər verdiyimiz kimi, dünən “Neftçi” yeni legioner transfer edib.

Paytaxt təmsilçisi “Qnistan”dan (Finlandiya) Adeleke Akinyemini sıralarına qatıb.

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu son 3 ildə yüksək inkişaf göstərib.

İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq, Avropa Liqasına vəsiqə əldə edib. Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan nigeriyalı forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib və 13 qolla “Veikkaussliqa”nın bombardiridir.

28 yaşlı afrikalı “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, 26 nömrəli formanı geyinəcək.

Bu transfer sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Xüsusən bakılı azarkeşlər tərəfindən.

Jurnalist Səbuhi Həsənov onunla bağlı bir xəbər paylaşıb:

"Deməli, Adeleke Akinyeminin karyerasında maraqlı bir hadisə olub.

2018-ci ildə Latviyada - "Ventspils"də çıxış edərkən, birdən-birə ortalıqdan yox olur. Klub rəhbərliyi dərhal polisə müraciət edərək futbolçunun mütəşəkkil cinayətkar dəstə tərəfindən qaçırıldığını və onlardan fidyə tələb olunduğunu iddia edir.

Lakin araşdırmalardan sonra məlum olur ki, Akinyemi əslində oğurlanmayıb, sadəcə, klubun təzyiqlərinə etiraz olaraq gizlənib.

Futbolçunun sözlərinə görə, rəhbərlik onu baha satmaq üçün müqaviləsindəki 300 min avroluq sərbəstqalma maddəsini məcburi şəkildə 1.5 milyon avroya qaldırmaq istəyirmiş, o da buna görə komandadan qaçıb.

Məsələ hüquqi müstəvidə həllini tapandan sonra gənc forvard gizləndiyi yerdən çıxaraq, kluba qayıdır.

Bu qalmaqaldan cəmi bir neçə gün sonra isə Latviya klubu onu 700 min avroya Norveçdən "Start"a satır və söhbət bağlanır

İşdi-şayəd, "Neftçi" rəhbərliyinin maaşları gecikdirmək və ya transfer qiymətini yüksəltmək kimi bir planı varsa, ehtiyatlı olsunlar. Adamın nəsə xoşuna gəlməsə, bir də gördüz yoxa çıxdı".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO