Sabir Buqrin “Neftçi” ilə yeni müqavilə imzalamaqdan imtina etdi

14 Sentyabr 2021 20:00 Neftçi 2 183
Sabir Buqrin “Neftçi” ilə yeni müqavilə imzalamaqdan imtina etdi

Sabir Buqrin “Neftçi” ilə müqaviləni uzatmaqdan imtina edib.

Sportinfo.az bu barədə məlumatı paytaxt klubundan alıb.

Redaksiyamıza verilən informasiyaya görə, yarımmüdafiəçi gələn ilin yayında bitəcək kontraktı yeniləmək istəməyib.

Baxmayaraq ki, sözləşməsinin müddətini daha 2 il artırmaq müqabilində ona daha çox qazanc vəd olunub. Maaş artımı ilə barəbər.

Yaxınlarda Mərakeş yığmasının seleksiya toplanışına dəvət alan Buqrin digər təklifləri dəyərləndirəcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!