Millinin eks hücumçusu: “Bu liqa elə-belə oynamaq üçün bir yerdir”

14 Oktyabr 23:40 II Divizion 150
Millinin eks hücumçusu: “Bu liqa elə-belə oynamaq üçün bir yerdir”

“Oyunların keyfiyyətinə gələndə, İkinci Liqa Birinci Liqa ilə müqayisədə aşağı səviyyədədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şirvan”ın hücumçusu Amil Yunanov deyib.

Cari mövsümdən II Liqada çıxış edən millinin 33 yaşlı sabiq forvardı iki çempionat arasında müqayisə aparıb:

“Birinci Liqada müəyyən intriqa var. Bəzi komandalar var ki, əsas liqadan futbolçular gəlib orada oynayırlar.

Üç-dörd komandanın yaxşı büdcəsi var və ona görə də yaxşı futbol oynayırlar. Amma İkinci Liqada üç-dörd komandadan başqa qalanlarının səviyyəsi çox aşağıdır, çox zəifdir.

İkinci Liqa elə-belə oynamaq üçün bir yerdir. Mən özlüyümdə futbolu beynimdə bitirmişəm.

Dostum “Şirvan”da baş məşqçi işləyir deyə, sadəcə, ona kömək etmək üçün gedirəm. Əlimdən gələni etmək, qol vurub komandaya kömək eləmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO