“Arsenal” “Bayern”in vingeri Maykl Olise ilə maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə, İngiltərə klubunun baş məşqçisi Mikel Arteta fransalı futbolçunu heyətə qatmaq istəyir.
Transfer baş tutacağı təqdirdə, ispaniyalı mütəxəssis Oliseni “Arsenal”ın hücum xəttində əsas fiqura çevirməyi planlaşdırır. Bununla belə, “Real”, PSJ və “Liverpul” da 24 yaşlı cinah oyunçusunu izləməyə davam edir.
Lakin “Bayern” Olisenin müqaviləsinin müddətini uzatmaq və onun maliyyə şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq niyyətindədir.
Tərəflər razılığa gələ bilməsələr, “Arsenal” 2027-ci ilin yayında konkret addım ata bilər.
Olise bu mövsüm bütün turnirlərdə 9 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
”Arsenal” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar 20 yanvarda İngiltərədə qarşılaşacaqlar.
