“Messi ilə birlikdə oynadığımız vaxtlar üçün darıxıram”

15:40 Dünya futbolu 89
“Messi ilə birlikdə oynadığımız vaxtlar üçün darıxıram”

Argentina millisinin sabiq üzvü Alexandro (Papu) Qomez həmyerlisi Lionel Messinin yığma karyerasını başa vurmasından sonra ona yazdığı mesajın məzmununu açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Messiyə təşəkkür etdiyini bildirib:

“Messiyə milli komandaya verdiyi töhfələrə, bütün heyətə göstərdiyi dəstək və verdiyi məsləhətlərə görə təşəkkür etmək üçün yazdım. Birlikdə oynadığımız vaxtlar üçün darıxıram”.

Argentina millisi Messinin vida matçında Benin yığmasını 3:0 hesabı ilə məğlub edib. Messi həmin qarşılaşmada 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

39 yaşlı hücumçu ümumilikdə isə Argentina millisinin heyətində 208 oyun keçirib və 126 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?