Hazırkı baş məşqçinin yerinə əsas namizəd müəyyənləşdi - Premyer Liqa təmsilçisində

22:00 İngiltərə 86
Hazırkı baş məşqçinin yerinə əsas namizəd müəyyənləşdi - Premyer Liqa təmsilçisində

“Fulhem”in baş məşqçisi Alvaro Arbeloanı əvəz edə biləcək namizədlər məlum olub.

Daha əvvəl ispaniyalı mütəxəssisin tezliklə vəzifəsindən kənarlaşdırıla biləcəyi barədə şayiələr yayılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Arbeloanın yerinə əsas namizəd “Brentford”un və “Tottenhem”in sabiq baş məşqçisi Tomas Frankdır.

Siyahıda daha əvvəl “İpsviç”ə rəhbərlik edən Kiran Makkenna da yer alır.

“Fulhem” 6 turdan sonra cəmi 2 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda növbəti turda, oktyabrın 17-də evdə “Hall Siti”ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti