Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının iştirakçılarından biri də Esvatini yığmasıdır.
Sportinfo.az xəbər verir ki, komanda mundiala hazırlıq öncəsi qatıldığı turnirdə 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə yadda qalıb.
Esvatini millisinin baş məşqçisi Ksolani Siqudla Bakıdakı yarışa hazır olduqlarını açıqlayıb:
“İlk oyun çətin keçdi, çünki uşaqların bəziləri beynəlxalq təcrübəni birinci dəfə yaşayırdılar. Əvvəlcə müəyyən qədər qorxu hissi var idi.
Lakin getdikcə sakitləşməyə və özlərinə inanmağa başladılar. Fikrimcə, Azərbaycandakı dünya çempionatına hazırıq.
Bakıda ölkəmizi ən yaxşı şəkildə təmsil edəcəyimizə inanıram”.
U-15-lərin dünya çempionatı oktyabrın 23-30-u aralığında keçiriləcək.
