Levandovski Puxaça “Sabah”la bağlı nə deyib? - FOTO

20:00 Sabah 151
Levandovski Puxaça “Sabah”la bağlı nə deyib? - FOTO

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin düşərgəsində haqqında ən çox danışılan futbolçu idi.

“Sabah”ın müdafiəçisinin uzun müddətdən sonra dəvət olunduğu yığma komandada dünya futbolunun ulduzu Robert Levandovski ilə tez-tez görüntülənməsi diqqət çəkirdi.

Məşqlər zamanı bir-birinə yaxın olmaları, söhbət etmələri və birlikdə çəkilən görüntüləri sosial şəbəkələrdə yayılmaqla müzakirələrə səbəb oldu.

27 yaşlı Puxaç Sportinfo.az-a açıqlamasında özündən 11 yaş böyük olan Levandovski ilə münasibətlərindən danışıb:

“Robertlə millidəki ilk vaxtlardan yaxşı münasibətimiz yaranıb. Artıq uzun müddətdir milli komandadayam və gənc futbolçu sayılmıram. Mən də müəyyən təcrübəyə sahibəm.

Düzdür, uşaqlar məni uzun müddət görməmişdilər. Media da məni həmişə Levandovski ilə birlikdə göstərirdi.

Amma mən orada hamı ilə yaxşı dostam. Çünki bir çox futbolçu ilə gənc yaşlarımdan eyni komandada və ya aşağı yaş qrupları üzrə milli komandalarda oynamışam.

Ümumilikdə, milli komandaya qoşulmaq və orada olmaq mənim üçün möhtəşəm təcrübə idi”.

Maraqlıdır, Leva “Sabah”ın Çempionlar Liqasındakı uğurlu çıxışından xəbərdardırmı? Puxaçla bu barədə barədə söhbət edibmi?

“Xeyr, bu barədə xüsusi şəkildə danışmamışıq. Təbii ki, “Sabah”ın Çempionlar Liqasında çıxış etdiyini bilir. O, uğurumuza sevindiyini bildirib, komandamıza uğurlar arzuladı.

Polşada hamı bilir ki, Azərbaycanda “Qarabağ”adlı klub var və bu komanda iki dəfə Çempionlar Liqasının əsas mərhələsində çıxış edib.

İndi isə biz “Sabah”la bu turnirdə iştirak edirik. Polşa klubları uzun illərdir Çempionlar Liqasında təmsil olunmur. Ona görə də orada hamı bundan xəbərdardır.

Azərbaycanda oynadığım üçün indi “Sabah”ı daha yaxşı tanıyırlar. Mənə görə kluba da hörmətlə yanaşırlar.

Üstəlik, biz “Orxus”a qalib gəlmişik, “Orxus” isə bizdən əvvəl “Lex Poznan”ı məğlub etmişdi. İndi Polşada “Sabah” haqqında daha çox bilirlər”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti