Baş məşqçisiz qalan Premyer Liqa klubu əcnəbiyə tapşırıldı

19:00 Premyerliqa 194
Baş məşqçisiz qalan Premyer Liqa klubu əcnəbiyə tapşırıldı

Mövsümün üçüncü baş məşqçi ayrılığı "İmişli"də baş tutdu.

Klub rəhbərliyi gözlənilmədən Fərid Namazovla yolları ayırdı.

4 gündən sonra komandanı "Turan Tovuz"la qarşılaşma gözləyir.

İndi əsas sual budur - həmin oyuna aran təmsilçisini kim çıxaracaq?

Klubdan əldə etdiyimiz məlumata görə kollektivi matça latviyalı mütəxəssis Ervins Perkons hazırlaşdırır.

Bu, əcnəbi çalışdırıcıya müvəqqəti olaraq həvalə edilib.

Amma ən azı mövsümün sonuna qədər də Ervinsi boşalan postda görə bilərik.

Hər şey qarşıdakı oyunlarda göstəriləcək nəticələrdən asılı olacaq.

Avropalı çalışdırıcı mövsümün əvvəli "İmişli"yə gəlib.

O, sabiq baş məşqçi Fərid Namazovun məşqçilər korpusunda yer alırdı.

UEFA Pro lisenziyasına malik olan 35 yaşlı mütəxəssis daha əvvəl Latviyanın "Jelgava" və "Super Nova" klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti