İlkin Fikrətoğlu: "Sabah"dan gözlədiyimiz qalibiyyət - VİDEOSÜJET

20:20 Sportinfo TV 101
İlkin Fikrətoğlu: "Sabah"dan gözlədiyimiz qalibiyyət - VİDEOSÜJET

“Sabah” dünən Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirdi.

Azərbaycan çempionu turnirin əsas mərhələsinin ikinci turunda “Slaviya”nı (Praqa) qəbul etdi.

“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmuşdusa, “Slaviya” evdə Fransa “Lans”ına 2:3 hesabı ilə məğlub olmuşdu.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda isə Azərbaycan çempionu inamlı qələbəyə sevindi. Bununla da “Saabh” tarixi bir zəfərə imza atdı və ümidləri doğrultdu.

Azərbaycan çempionu rəqibləri arasında məğlub edə biləcəyi real görünən ən uyğun komandaya qalib gəldi. Bu, həm də "Sabah"ın Çempionlar Liqasında ilk qalibiyyəti olaraq tarixə düşdü.

“Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğlu növbəti süjetini "Sabah" - "Slaviya" qarşılaşmasına həsr edib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti