"Bura gələndə öz keyfiyyətlərimi göstərməyə qərarlı idim" - MÜSAHİBƏ

22:20 Müsahibə 93
"Bura gələndə öz keyfiyyətlərimi göstərməyə qərarlı idim" - MÜSAHİBƏ

"Sumqayıt" Premyer Liqanın 7-ci turunda "Qəbələ"ni darmadağın edib - 4:1.

Əla qolla yadda qalan fransalı hücumçu Mamadi Banqre Sportinfo.az-a müsahibə verib.

– Mövsümdəki ilk qələbə barədə nələr deyə bilərsən?

– Bu qələbə bizə həqiqətən də çox yaxşı təsir etdi. Fasilədən sonra qələbə ilə start verə bildiyimiz üçün çox sevinirik.

– Milli fasilədə nələri dəyişə bildiniz ki, belə inamlı qələbə qazandınız?

– Nəsə dəyişdiyimizi deməzdim. Sadəcə, qısa müddətdə xal qazanmağın vacibliyini bilirdik. Üstəlik, üç həftə ərzində işləmək imkanımızın olması matça komanda şəklində yaxşı hazırlaşmağımıza şərait yaratdı.

– Növbəti rəqib sonuncu pillədə qərarlaşan “Araz-Naxçıvan”dır. Azarkeşlər qələbənin davamını gözləsinlər?

– Onların sonuncu pillədə qərarlaşdığı doğrudur. Amma bilirik ki, hər şey çox sürətlə dəyişə bilər və onların turnir cədvəlindəki mövqeyi təsadüfi olmaya bilər. Təcrübəmdən bilirəm ki, bu cür oyunlar adətən ən çətin qarşılaşmalar olur. Ona görə də həftəsonu qazandığımız qələbənin davamını gətirmək üçün əlimizdən gələni edəcəyik.

– İlk dəfə Fransadan kənarda çıxış edirsən. İndiyədək xaricdən təklif almamışdın, yoxsa başqa səbəblər var idi?

– Xaricdən bir neçə təklif almışdım, amma o vaxt ayrılmağım üçün şərait yetişməmişdi. Həm də daha gənc idim və bir müddət Fransada qalmağa üstünlük verdim.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti