Premyer Liqada çıxış edən xarici qapıçı: "Ambisiyalarımız böyükdür"

17:00 Kəpəz 67
Premyer Liqada çıxış edən xarici qapıçı: "Ambisiyalarımız böyükdür"

“Kəpəz”in portuqaliyalı qapıçısı Rojerio Santos Premyer Liqanın 7-ci turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri (2:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- “Araz-Naxçıvan” üzərində qələbə barədə nə deyə bilərsiniz?

- Yaxşı qələbə qazandıq. Meydançanın vəziyyəti çətin idi və komandamız bunun üçün çox çalışdı. Sonda layiqli qələbə qazandığımızı düşünürəm.

- Ardıcıl dörd oyunu doğma meydanda keçirdikdən sonra səfərdə oynamaq çətin olmadı?

- Əlbəttə, Azərbaycanda ən yaxşı azarkeş atmosferinə sahib olduğumuz üçün öz meydanımızda, azarkeşlərimizin önündə oynamağa üstünlük veririk. Amma səfər oyunlarına da öyrəşməliyik. Çünki səfərdə də qələbə qazanmaq istəyirik.

- Komandanın əsas hədəfi yenə də Premyer Liqada qalmaqdır, yoxsa qazandığınız xallardan sonra ambisiyalarınız artır?

- Son illərdəki vəziyyəti nəzərə alsaq, əsas məqsədimizin Premyer Liqada qalmaq olduğu aydındır. Amma inanıram ki, həm komandamızın, həm də azarkeşlərimizin ambisiyaları böyükdür. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Mövsümün sonunda isə nəyə nail olacağımızı görəcəyik.

- Növbəti oyununuz doğma meydanda “Zirə”yə qarşı olacaq. Həmin qarşılaşmadan gözləntiləriniz nədir?

- Çətin oyun olacaq. Yaxşı komandaya qarşı oynayacağıq. Amma doğma meydanda çıxış edəcəyimiz üçün qələbə qazanmaq naminə əlimizdən gələni edəcəyik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?