“Neftçi”də tanınan idarəçinin Premyer Liqaya gətirdiyi baş məşqçi kimdir?

14 Oktyabr 23:00 Neftçi 158
“Neftçi”də tanınan idarəçinin  Premyer Liqaya gətirdiyi baş məşqçi kimdir?

“Neftçi”nin keçmiş funksioneri Qədir Həsənovun fəaliyyətini menecer kimi davam etdirdiyini xəbər vermişdik.

Uzun illər idarəçi və menecer “ağ-qaralar”a xidmət etmiş 39 yaşlı futbol adamı artıq agentlik fəaliyyəti ilə məşğuldur.

O, Avropa şirkətlərindən biri ilə müqavilə bağlayaraq, azərbaycanlı futbolçuların xarici klublara keçidinə çalışır.

Həsənovun bu istiqamətdə ilk addımlarından biri Murad Məmmədovun Kiprin “Pafos” klubuna transferi olub. İndi isə növbədə Rıza Cəfərov, Edqar Adilxanov, Şahin Şahinyarov, Əli İbrahim kimi futbolçular var.

Onun fəaliyyəti yalnız azərbaycanlı oyunçuların xaricə göndərilməsi ilə məhdudlaşmır. O, əcnəbi futbolçu və məşqçilərin ölkəmizə gəlməsinə də vasitəçilik edir.

Bir müddət əvvəl “Qəbələ”yə baş məşqçi təyin olunan Yeton Bekirinin Azərbaycana gəlişində də Qədir Həsənovun rolu olub.

Makedoniyalı mütəxəssisi bölgə klubunun rəhbərliyinə təklif edən menecer müsbət cavab alıb və onun Azərbaycana gəlməsinə nail olub.

Maraq üçün bildirək ki, Kaxaber Tsxadadze ilə yollarını ayıran “Qəbələ” Bekiri ilə 1+2 şərti ilə müqavilə bağlayıb.

O, komandanı Premyer Liqada saxlasa, müqavilənin müddəti uzadılacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO