"Keşlə"dən üz çevirəcəklər - BU SƏBƏBDƏN

1 Dekabr 2021 23:40 Şamaxı 891
"Keşlə"dən üz çevirəcəklər - BU SƏBƏBDƏN

"Keşlə" Premyer Liqada azarkeşi o qədər də çox olmayan komandalardandır.

Paytaxt klubunun bir fan klub var ki, daimi olaraq bu komandanın yanında olur, onu daim dəstəkləyir.

Söhbət "OLD WOLF" azarkeş qrupundan gedir.

Amma komanda yaxın zamanda adıçəkilən azarkeş qrupunun da dəstəyindən məhrum olacaq.

Belə ki, komanda yeni ildən "Keşlə" adını "Şamaxı"ya dəyişəcəyindən fanat qrupu da öz fəaliyyətini dondurmuş olacaq. Amma "Keşlə" adı var olduqca, azarkeş qrupu öz dəstəyini əsirgəməyəcək.

Bakı klubunun Şamaxıda necə qarşılanacağı isə hələ də sual olaraq qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var