«Keşlə»nin baş məşqçisi Sənan Qurbanovun xeyirxah əməli məlum olub.
Demə, 3 ay öncə sabiq «bankirlər»i çalışdırmağa başlayan mütəxəssis aldığı maaşın bir hissəsini hər ay ehtiyacı olanlara paylayır.
Paytaxt təmsilçisi Qurbanova 6000 manat əməkhaqqı ödəyir. O isə hər dəfə bu pulun 500 manatını ağır şərtlər altında yaşayan insanlar arasında bölüşdürür.
SPORTİNFO.AZ